Magistratura pilləsində boş qalan plan yerlərinə əlavə qəbul keçiriləcək.
Referans Media xəbər verir ki, bu barədə Dövlət İmatahan Mərkəzi (DİM) məlumat yayıb.
Ali təhsilin magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edən 15 721 bakalavrdan 13 845 nəfəri tələbə adını qazansa da, 1 876 nəfər cari mərhələdə kənarda qalıb. İlkin yerləşdirmədən sonra boş qalan yerlərin dəqiq sayı və əlavə seçim mərhələsinin vaxtı yaxın günlərdə DİM tərəfindən ictimaiyyətə açıqlanacaq.
Eyni zamanda, avqustun 3-dən 12-nək my.gov.az platformasında elektron qeydiyyatdan keçməyən şəxslərin qəbulu ləğv ediləcək və həmin yerlər də boş qalan plan yerlərinə əlavə olunacaq.
