Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar

Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Referans Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Həmçinin Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı da Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Dövlət başçısınmın digər Sərəncamı ilə R.Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki