Braziliyalı qolkiper üçün yekun qərar – "Fənərbaxça"nın planı bəlli oldu

"Fənərbaxça"da prezident seçkilərindən sonra transfer gündəmi daha da sürətlənib. Mətbuatda yer alan iddialara görə, braziliyalı qapıçı Edersonun komandadakı gələcəyi ilə bağlı mühüm qərar qəbul olunub.

Referans Media xəbər verir ki, iddialara əsasən, seçkilərdən sonra Ederson telefonla Aziz Yıldırımla əlaqə saxlayaraq onun haqqında səsləndirdiyi müsbət fikirlərə görə təşəkkür edib.

Məlumata görə, Aziz Yıldırım müasir futbolda ayaqları ilə oyunu yaxşı quran yüksək səviyyəli qapıçı tapmağın çətin olduğunu düşünür. Bu səbəbdən o, Edersonun komandada qalmasının tərəfdarıdır və təcrübəli qolkiperin heyətin vacib üzvlərindən biri hesab olunduğu bildirilir.

"Fənərbaxça" rəhbərliyinin yeni mövsüm planlarında da Edersonun əsas qapıçı kimi nəzərdə tutulduğu iddia edilir. Klubun transfer prioritetlərini digər mövqelərə yönəldə biləcəyi, qapıçı mövqeyində isə dəyişiklik etməyə tələsmədiyi vurğulanır.

Mənbələrin məlumatına görə, yeni mövsümdə də komandanın qapısını Edersonun qoruması gözlənilir.

Qeyd edək ki, xəbərdə yer alan məlumatlar rəsmi açıqlama deyil, Türkiyə mətbuatında yayılan iddialara əsaslanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki