Bu ölkədə kremasiya qadağan edildi – Prezident qanunu imzaladı

Qırğızıstan Prezidenti Sadır Japarov “Dəfn və dəfn işi haqqında” qanuna edilmiş dəyişiklikləri imzalayıb. Dəyişikliklərə əsasən, kremasiya icazə verilən dəfn üsulları siyahısından çıxarılıb.

Referans Media Trend-ə istinadla xəbər verir ki, dəyişikliklərə uyğun olaraq, qanundan nəşin kül halında saxlandığı qabın dəfninə dair müddəalar çıxarılıb, həmçinin mərhumların kremasiyasını tənzimləyən normalar ləğv edilib.

Qanunun yeni redaksiyasında “kremasiya” termini yalnız tibbi fəaliyyət nəticəsində yaranan bioloji mənşəli obyektlərin sanitar məqsədlərlə xüsusi texniki qurğularda termiki məhv edilməsi mənasında istifadə olunur.

Krematoriyalar bundan sonra yalnız belə sanitar məhvetmə üçün nəzərdə tutulan obyektlər hesab ediləcək.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki