Azərbaycan atıcısı Avropa çempionatında finala yüksəldi

Azərbaycan atıcısı Zeynəb Sultanova Polşanın Vrotslav şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Referans Media xəbər verir ki, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında həlledici mərhələyə vəsiqə qazanıb.

Təsnifat mərhələsində yüksək nəticə göstərən idmançı finala yüksələrək medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki