“İnter Mayami”nin hücumçusu Lionel Messi meşə yanğınlarından ciddi ziyan çəkən İspaniyanın Sierra Oeste de Madrid bölgəsinə maliyyə dəstəyi ianə edib.
Referans Media əbər verir ki, futbolçunun ianəsi haqda Madrid muxtar icmasının rəhbəri İzabel Dias Ayuso sosial media platforması “X”-də məlumat verib.
“Leo Messi Sierra Oeste de Madrid bölgəsinin yenidən qurulmasına 80 min avro bağışladı.
Ona təşəkkür etmək və demək istəyirəm ki, biz, Madrid xalqı tezliklə onu yenidən qarşılamağa və layiqincə alqışlamağa ümid edir”, – deyə İzabel Dias Ayuso yazıb./Publika.az
