Bu uşağı tanıdınız? Real Madridin rədd etdiyi istedad indi transfer bazarını silkələyir

Xulián Álvarez ilə bağlı maraqlı fakt futbol ictimaiyyətinin diqqətini çəkib. Hazırda Avropanın ən çox tələb olunan hücumçularından biri hesab edilən argentinalı futbolçunun 12 yaşında olarkən "Real Madrid" akademiyasında sınaq məşqlərinə qatıldığı məlum olub.

Referans Media xəbər verir ki, Madrid təmsilçisi futbolçu üçün "Atletiko Madrid" klubuna 150 milyon avroluq təklif göndərsə də, bu təklif qəbul edilməyib.

Transfer xəbərlərinin gündəmdə olduğu vaxtda Xulián Álvarezin illər əvvəl çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda onun 12 yaşında İspaniyaya gələrək "Real Madrid"in infrastrukturunda sınaq məşqlərində iştirak etdiyi görünür.

Həmin dövrdə klubda qalmaq şansı əldə etməyən futbolçu sonradan vətənində inkişaf edərək dünyanın ən dəyərli hücumçularından birinə çevrilib.

Məlumata görə, "Atletiko Madrid" rəhbərliyi 26 yaşlı forvardı satmağa tələsmir. İddialara əsasən, Madrid klubu futbolçunun transferi üçün təxminən 500 milyon avro məbləğində gəlir əldə etməyi hədəfləyir.

Ötən mövsüm bütün turnirlərdə 49 oyunda meydana çıxan Xulián Álvarez 29 qol epizodunda həlledici rol oynayıb.

Məlumatlara görə, futbolçu ilə "Barselona", "PSJ", "Inter", "Arsenal" və "Mançester Yunayted"də yaxından maraqlanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki