Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun 4,8-ci kilometrindən etibarən yenidənqurma və möhkəmləndirmə tədbirləri görülür, sel sularının sıradan çıxardığı suötürücü qurğunun əvəzində metal konstruksiyalı körpü tikilir.
Bu barədə Referans Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
"Bununla yanaşı, Siyəzən-Məşrif-Qalaaltı avtomobil yolunun 11-ci kilometrində qəzalı hala düşmüş körpünün yerində yeni körpünün inşası davam etdirilir", - açıqlamada bildirilir.
AAYDA qeyd edir ki, əsas məqsəd yolların davamlılığını gücləndiirmək və təhlükəsiz, fasiləsiz nəqliyyat hərəkətini təmin etməkdir.
"İşlər Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında icra olunur", - açıqlamada vurğulanır.
