Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi oldu

“Araz-Naxçıvan” rəhbərliyi baş məşqçi vəzifəsinə Cavid Hüseynovu təyin edib.

Referans Media xəbər verir ki, mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Futbolçu kimi müxtəlif illərdə “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə”, Türkiyənin “Adana Demirspor” klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş C. Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki