Cəlilabadda da ağır qəza oldu: azyaşlı öldü

  Cəlilabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Azərtac-a istinadən xəbər verir ki, hadisə şəhərin Abbasağa Azərtürk küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan “Opel” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində “VAZ-2107” markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 2 yaşlı Nazlı Vahibzadə ölüb. Həmin nəqliyyat vasitəsində olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki