“Cırtdan”lar qarşısında rüsvayçılıq - Deputat OD PÜSKÜRDÜ

Millətlər Liqasında Azərbaycan millisinin startı hər kəsi məyus etməkdədir. D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız əvvəlcə səfərdə Litva ilə 1:1 hesablı heç-heçə etmişdi, ardınca isə dünən axşam Bakıda 42 min əhalisi olan Lixtenşteynlə qarşılaşdı.

Referans Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə komandamız rəqib qapısına yol tapa bilmədi və növbəti rüsvayçılığını yaşadı. Halbuki Lixtenşteynə qarşı evdə keçirilən oyun Azərbaycan üçün qrupdakı ilk qələbəni qazanmaq baxımından mühüm fürsət hesab olunurdu.

Nəticənin özü qədər oyunun statistikası da düşündürücüdür. Azərbaycan topa 74 faiz nəzarət edib, 22 zərbə endirib, onlardan 5-i qapı çərçivəsinə düşüb. Lixtenşteyn isə cəmi 26 faiz topla oynayıb və qapıya dəqiq zərbə vura bilməyib. Buna baxmayaraq, hesab dəyişməyib.

sh40oXZqIYGl5tYkouWNlbQoV0Vt8mWw1rgNHIyV_1200.jpg (124 KB)

Belə mənzərə fonunda məsələ artıq yalnız bir oyunun nəticəsi ilə məhdudlaşmır. Azərbaycan futbolunun illərdir qarşısında dayanan problemlər - futbolçu yetişdirmə sistemi, klubların fəaliyyəti, yerli çempionatın səviyyəsi, milli komandaya seçim və ümumi futbol strategiyası yenidən gündəmə gəlir. Çünki meydanda üstünlük yaratmaqla nəticə əldə etmək arasında ciddi fərq var və milli komandanın son iki oyunu bu fərqi bir daha göstərdi. Digər tərəfdən, baş məşqçi Ayxan Abbasovun qarşısında çox az vaxt qalır.

p6Aeu8UCOlBu7eXjfcSgtZCIbijFXE7ij8oBWEtJ_1200.jpg (77 KB)

Azərbaycan millisi oktyabrın 4-də Litvanı qəbul edəcək. AFFA-nın açıqladığı təqvimə əsasən, bu qarşılaşma “8-ci km” stadionunda keçiriləcək.

Azərbaycan futbolunda problem haradadır? Millinin Lixtenşteyn kimi bir “cırtdan” ölkə qarşısında belə qələbə qazana bilməməsi hansı sistem problemlərini üzə çıxarır?

70646de2-bf42-38c6-9183-1403b6ba6450_1200.jpg (105 KB)

Futbolla yaxından maraqlanan, Milli Məclisin deputatı Fazil Mustafa Musavat.com-a açıqlamasında vacib məqamlara toxunub:

“Təbii ki, bu futbolun hər hansı bir uğur qazanmasını gözləmək sadəlövlük olardı. Çünki bütün məsələlərdə stadionların vəziyyətinə və uşaq futboluna baxmaq lazımdır. Hər ikisi əgər yaxşı vəziyyətdə deyilsə, bunu da dəyişməyə təşəbbüslər yetəri səviyyədə deyilsə, can yandırmaq anlayışı yoxdursa, o zaman futbolun nəticəsi də bu cür olmalıdır. Hesab edirəm ki, belə vəziyyətdə hələ Lixtenşteynə uduzmamağın özü bir uğurdur. Bizim iddiamız və gözləntilərimiz daha da deyəsən böyüməyə başlayıb. Amma hansı əsasla? Bu suala cavab vermək çox çətindir. Ona görə də istər milli çempionat, istərsə də, I və II dəstədə yarışanların stimullaşdırılması və iş adamlarının futbola verə biləcəkləri dəstəyin artırılması istiqamətində ciddi addımlar atılmalıdır. Bunlar olmasa, çətin olacaq. Təsəvvür edin ki, güclülər dəstəsində mübarizə aparan bir neçə klub öz meydanında oyun keçirməkdən məhrumdur. Kiçik ərazisi olan bir ölkədə Uzaq Şərqə təyyarə ilə uçuş etməyə ehtiyac yoxdur. Niyə Naxçıvanda futbol olmasın? Yaxud İmişlidə, yaxud da başqa yerlərdə? Bunlar yoxdursa, deməli, uşaq futbolu da yoxdur. Əgər böyüklərin futbolu belə şəraitsizdirsə, nəticə məlumdur. Milli komandanın nəticələri mövcud durumdan qaynaqlanır. Hər halda biz başlanğıc nöqtəyə qayıdıb, hər şeyi ibtidaidən düzəltməyə çalışmalıyıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki