image-cempionlar-liqasibackend

ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Referans Media  xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Püşkatma nəticəsində 1/8 finalda üz-üz gələcək komandalar müəyyənləşib.

PSJ (Fransa) – “Çelsi” (İngiltərə)

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

“Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya)

“Budyo Qlimt” (Norveç) – “Sportinq” (Portuqaliya)

“Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə)

“Atalanta” (İtaliya) – “Bavariya” (Almaniya)

“Atletiko” (İspaniya) – “Tottenhem” (İngiltərə)

“Bayer 04” (Almaniya) – “Arsenal” (İngiltərə)

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki