UEFA Çempionlar Liqasının əsas mərhələsində I tura 6 oyunla yekun vurulub.
Referans.az xəbər verir ki, “Qarabağ”ın rəqiblərindən “Napoli” səfərdə “Mançester Siti”yə 0:2 hesabı ilə məğlub olub.
Ağdam təmsilçisinin digər rəqibi “Kopenhagen” evdə “Bayer 04” kollektivi ilə üz-üzə gəlib. Matçda qalib müəyyənləşməyib – 2:2.
Cari mövsüm qitənin ən nüfuzlu klub turnirində “köhlən atlar”la üz-üzə gələcək komandalardan “Ayntraxt” isə “Qalatasaray”ı 5:1 hesabı ilə üstələyib.
18 sentyabr
“Brügge” (Belçika) – “Monako” (Fransa) – 4:1
“Kopenhagen” (Danimarka) – “Bayer 04” (Almaniya) – 2:2
“Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:0
“Ayntraxt” (Frankfurt, Almaniya) – “Qalatasaray” (Türkiyə) – 5:1
“Sportinq” (Portuqaliya) – “Kayrat” (Qazaxıstan) – 4:1
“Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya) – 1:2
