Cüdoçumuz Ermənistan təmsilçisinə ipponla qalib gəldi

  Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatına start verilib.

Referansaz  azərtac-a istinadən bildirir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri də mübarizəyə qoşulublar.

 60 kiloqram çəkidə çıxış edən Nihad Məmişov 1/8 finalda Ermənistandan olan rəqibi Qor Safaryana ipponla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.Qeyd edək ki, sentyabrın 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki