Dünya bazarında ŞOK dalğası: Qızıl-gümüş qiymətlərindən tarixi REKORD

Qızılın qiyməti tarixi maksimumu yeniləyərək bir unsiya üçün 5 000 ABŞ dollarını ötüb.

Referans Media  xəbər verir ki, qiymətlərdəki bu rekord artım geosiyasi qeyri-müəyyənliklərin artması fonunda investorların təhlükəsiz sığınacaq hesab olunan aktivə kütləvi şəkildə yönəlməsi ilə əlaqələndirilir.

Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçersləri 1.75% dəyər qazanaraq 5105 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri də rekord dərəcədə – 6.36% bahalaşaraq 107.77 ABŞ dolları təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki