image-billions-of-dollars-go-abroad-for-illegal-football-betting-1-750x501backend

Dünyanın ən bahalı klubları açıqlandı

“Real” “Sportico” portalının reytinqinə əsasən dünyanın ən bahalı futbol klubu seçilib.

Referans Media xəbər verir ki, “kral klubu”nun dəyəri 7,7 milyard dollar qiymətləndirilib. Bu göstərici ilə Madrid təmsilçisi “Barselona”nı (6,65 milyard dollar) və “Mançester Yunayted”i (6,47 milyard dollar) geridə qoyub.

İlk onluqda İngiltərə Premyer Liqasının 6 təmsilçisi yer alıb. Eyni zamanda, ilk 50-likdə ən çox klub ABŞ-ın MLS liqasını təmsil edir – 18 komanda.

Reytinq klubların televiziya yayım hüquqlarından, reklam və kommersiya fəaliyyətindən, həmçinin bilet və abunə satışlarından əldə etdiyi gəlirlər əsasında tərtib olunub. Transfer gəlirləri isə nəzərə alınmayıb.

Dünyanın ən bahalı 10 klubu:

“Real Madrid” (La Liqa) – 7,7 milyard dollar

“Barselona” (La Liqa) – 6,65 milyard dollar

“Mançester Yunayted” (Premyer Liqa) – 6,47 milyard dollar

“Bavariya” (Bundesliqa) – 5,78 milyard dollar

“Liverpul” (Premyer Liqa) – 5,74 milyard dollar

“Mançester Siti” (Premyer Liqa) – 5,7 milyard dollar

“Arsenal” (Premyer Liqa) – 5,43 milyard dollar

PSJ (Liqa 1) – 5 milyard dollar

“Çelsi” (Premyer Liqa) – 4 milyard dollar

“Tottenhem” (Premyer Liqa) – 3,5 milyard dollar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki