Əhaliyə xəbərdarlıq EDİLDİ - Bu banklar bağlanacaq, əmanət qoymusunuzsa...

Azərbaycan Mərkəzi Bankının (AMB) ölkənin bank sektorundakı depozit portfelinin həcmi ilə bağlı açıqladığı son rəsmi statistika, maliyyə bazarında aktiv vəsaitlərin yerləşdirilməsi meyllərində müəyyən transformasiyaların baş verdiyini nümayiş etdirir. Cari ilin may ayının 1-nə olan məlumata görə, bankların ümumi depozit portfeli 41 milyard 337,5 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,8%, ilin əvvəli ilə müqayisədə 0,9%, ötən ilin müvafiq dövrü ilə nisbətdə isə 0,2% azalma deməkdir.

Rəqəmlərin dərinliyinə endikdə bəzi maraqlı təzadlar ortalığa çıxır; belə ki, ümumi portfelin əsas hərəkətverici qüvvəsi olan qeyri-maliyyə təşkilatlarının (özəl şirkətlər və müəssisələrin) depozitləri illik müqayisədə 15,6% azalaraq 19 milyard 608,2 milyon manata düşsə də, ev təsərrüfatlarının, yəni bilavasitə vətəndaşların əmanətləri il ərzində 18,8% artaraq 17 milyard 641,9 milyon manata yüksəlib. Eyni zamanda, maliyyə təşkilatlarının depozitləri də 22% artımla 4 milyard 87,4 milyon manata çatıb. Bu mənzərə cəmiyyətdə "əhalidə pul yoxdur, ona görə depozitlər azalır" fərziyyəsinin kökündən yanlış olduğunu sübut edir və diqqəti şirkətlərin öz vəsaitlərini banklardan çıxarıb fərqli sahələrə yönəltməsinin real səbəblərinə cəlb edir.


Referans Media xəbər verir ki, məsələ ilə bağlı Nocomment.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, bankların depozit portfelində müşahidə olunan ümumi qısalma vətəndaşların yoxsullaşması ilə deyil, biznes subyektlərinin iqtisadi davranışlarının dəyişməsi və bankların təklif etdiyi aşağı faiz dərəcələri ilə birbaşa bağlıdır: "Mərkəzi Bankın rəsmi rəqəmləri açıq şəkildə göstərir ki, əhalinin əmanətlərində az qala 19 faizə yaxın ciddi bir artım var. Yəni vətəndaşda pul var və onlar vəsaitlərini banklarda saxlamağa davam edirlər. Portfelin kiçilməsinə səbəb olan əsas amil iri şirkətlərin və qeyri-maliyyə təşkilatlarının banklardakı pullarını geri çəkməsidir. Bunun da iki əsas səbəbi var: birincisi, hazırda bankların depozitlərə verdiyi dividentlər, yəni faiz dərəcələri kifayət qədər aşağıdır və bu, pulu sadəcə hesabda saxlamağı qeyri-rentabelli edir. İkincisi isə ölkədə qeyri-neft sektorunun inkişafı fonunda şirkətlər öz kapitallarını banklarda dondurmaq əvəzinə, daha çox gəlir gətirən real biznes layihələrinə, tikintiyə, logistikaya və dövriyyəyə yönəldirlər. Bu, iqtisadi canlanmanın göstəricisidir".


Onun sözlərinə görə, hesabat dövründə qısamüddətli depozitlərin azalması, uzunmüddətli əmanətlərin isə 4,7% artması daxili maliyyə sisteminə olan etimadın sabit qaldığını təsdiqləyir: "Əgər ölkədə devalvasiya qorxusu və ya maliyyə böhranı olsaydı, vətəndaşlar pullarını banklarda uzunmüddətli yerləşdirməkdən qaçardılar. Uzunmüddətli depozitlərin 19 milyard manatdan çox olması sistemə inamın göstəricisidir. Lakin banklar üçün siqnal ondan ibarətdir ki, onlar artıq sadəcə oturduqları yerdə şirkətlərin pullarını ucuz alıb baha kredit kimi satmaq dövrünün daraldığını görməlidirlər. Biznes artıq pulunu bankda saxlamaq istəmir. Banklar depozit cəlb etmək üçün ya faiz siyasətinə yenidən baxmalı, ya da korporativ müştərilərə daha cəlbedici, rəqabətədavamlı investisiya alətləri təklif etməlidirlər. Ortada hər hansı 'qara gün' və ya böhran yoxdur, sadəcə olaraq kapitalın daha gəlirli sahələrə doğru təbii axını prosesi baş verir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki