Evi var, amma içində qala bilmir: Səbəbi hər kəsi ŞOK edəcək! – VİDEO

Əraziyə yeni asfalt örtüyü çəkildikdən sonra yol kənarında yerləşən həyətlər asfalt səviyyəsindən xeyli aşağıda qalıb.

Referans Media xəbər verir ki, görüntülər paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1,korpus 9 ünvanındandır.

Buradakı 275 nömrəli evin sahibi Fəridə Xəlilova deyir ki, yol çəkildikdən sonra bütün yağış suları həyətinə və evinə dolur. Bu səbəbdən illərdir ki, evində yaşaya bilmir. Evinin yanında sahibkarlıq obyekti kimi istifadə etdiyi tikili də yağış suları səbəbindən yararsız hala düşüb.

Şikayətçi iddia edir ki, həyətində təmir-bərpa işləri aparmaq istəyir, amma buna icazə verilmir.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, qeyri-iş günləri olduğundan sullarımız cavablandırılmadı. Etdiyimiz zənglər cavabsız qaldı.

Vətəndaş isə ümid edir ki, məsələ ictimailəşəndən sonra problemin həlli üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılacaq.

Referans Media mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki