Ukrayna paytaxtı Kiyevdə ölkənin keçmiş müdafiə naziri Mixaylo Fedorovun vəzifədən uzaqlaşdırılmasına etiraz olaraq kütləvi aksiya keçirilib.
Aksiyada minlərlə insan iştirak etsə də, etirazçıların dəqiq sayı açıqlanmayıb.
Yürüş iştirakçıları Taras Şevçenko abidəsindən İvan Franko meydanına qədər hərəkət edərək Fedorovun yenidən müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb ediblər.
Etirazçılar Ukrayna hökumətinin son kadr dəyişikliklərinə qarşı çıxdıqlarını bildiriblər.
Qeyd edək ki, Mixaylo Fedorovun istefası Prezident Volodimir Zelenskinin həyata keçirdiyi genişmiqyaslı kadr islahatlarının tərkib hissəsi olub. Bundan sonra o, Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı vəzifəsindən də uzaqlaşdırılıb./Globalinfo.az
