Bəzi insanlar həyatın qarşılarına çıxaracağı fürsətləri gözləmək əvəzinə, məqsədlərinə çatmaq üçün öz addımlarını atmağı seçirlər. Cəsarət, qətiyyət, güclü intuisiya və məqsədyönlü davranışları ilə seçildiyi iddia edilən bu insanlar astroloji yozumlara görə şansın onları tapmasını gözləmirlər.
Onların fürsətləri dəyərləndirmək əvəzinə, öz imkanlarını yaratmağa çalışdıqları deyilir.
Astroloji inanclara əsasən, öz şansını yaradan 4 bürc bunlardır:
Qoç bürcü – Risk etməkdən çəkinmir
Qoç bürcü cəsarəti və təşəbbüskarlığı ilə tanınan bürclərdən biri kimi təqdim edilir. Qarşısına çıxan maneələri dayanmaq üçün deyil, aşmaq üçün görən Qoçlar çox vaxt ilk addımı atan tərəf olur.
Yeni işə başlamaq, riskli qərarlar vermək və fərqli yollar sınamaq məsələsində tərəddüd etmədikləri düşünülür.
Astroloji şərhlərə görə, Qoç bürcü uğur üçün ideal zamanı gözləmək əvəzinə, öz imkanlarını yaratmağa çalışır.
Əqrəb bürcü – Fürsətləri əvvəlcədən hiss edir
Əqrəb bürcü güclü sezgisi və strateji düşüncə tərzi ilə əlaqələndirilir. Astroloji yozumlara görə, başqalarının görmədiyi imkanları fərq edə və çətin vəziyyətlərdən çıxış yolu tapa bilər.
Əqrəblər üçün şans çox vaxt təsadüf deyil, düzgün zamanda verilən düzgün qərarların nəticəsi hesab olunur.
Oğlaq
Oğlaq bürcü üçün uğur səbir və zəhmətin birləşməsindən yaranır. O, xəyallarını yalnız arzulamaqla kifayətlənmir, onları gerçəkləşdirmək üçün uzunmüddətli planlar qurur. Kiçik addımların zamanla böyük nəticələr gətirəcəyinə inanır.
Öz şansını yaradan bürclərin ön sıralarında gəlməsinin səbəbi də budur. İntizamı, məsuliyyət hissi və məqsədlərindən vaz keçməyən xarakteri ilə fürsətləri özünə cəlb etməkdən daha çox, fürsətlərin yaranacağı şəraiti hazırlayır.
Oğlaq üçün uğur bir anda gələn möcüzə deyil, illər ərzində qurulan bir hekayədir.
Oxatan
Oxatan bürcü həyatın təqdim etdiyi imkanları kəşf etməkdən qorxmur. Yeni təcrübələrə açıq olmaları, fərqli insanlarla əlaqə qurmaları və cəsarətli addımlar atmaları onların ən böyük üstünlüklərindən biridir.
Bəzən başqalarının risk kimi gördüyü şeyləri Oxatan bürcləri yeni başlanğıc və inkişaf fürsəti kimi qiymətləndirə bilərlər.
Onlar şanslarını çox vaxt hərəkətə keçərək yaradırlar. Dəyişiklikdən qorxmamaları sayəsində qarşılarına çıxan yeni yolları dəyərləndirməkdə cəsarətli davranırlar.
Onlar üçün həyat doğru fürsəti gözləməkdən çox, yola çıxdıqda qarşılarına çıxan sürprizlərlə formalaşır.\\Demokrat.az
