“Fənərbağça"da heyətlə bağlı mühüm qərarlardan biri də İrfan Can Kahvecinin gələcəyi ilə bağlı verilib.
Referans Media xəbər verir ki, klubun prezidentliyinə namizədlər Əziz Yıldırım və Hakan Safi milli futbolçunun yenidən komandaya qaytarılmasına müsbət yanaşır.
Məlumata görə, İrfan Can baş məşqçi Domeniko Tedeskonun qərarı ilə Cenk Tosunla birlikdə heyətdən kənarlaşdırılmış və mövsümün ikinci yarısında icarə əsasında "Kasımpaşa"ya göndərilmişdi.
30 yaşlı yarımmüdafiəçi "Kasımpaşa" forması ilə keçirdiyi 15 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə diqqət çəkməyi bacarıb.
Tedeskonun komandadan ayrılması və qarşıdan gələn klub seçkiləri İrfan Can üçün yeni imkan yaradıb. Futbolçunun “Fənərbağça" ilə müqaviləsinin 2028-ci ilə qədər davam etdiyi bildirilir.
Qəti qərarın isə seçkidən sonra formalaşacaq yeni rəhbərlik və yeni baş məşqçi tərəfindən veriləcəyi qeyd olunur.
