backend

“Fənərbağça”nın əsas hədəfi Sörlotdan ağlasığmaz tələb

Türkiyə Kubokunda “Beşiktaş”la qarşılaşacaq “Fənərbağça”da transfer işləri davam edir. Norveçli hücumçu Aleksandr Sörlotun tələb etdiyi maaş gündəm yaradıb.

Referans Media xəbər verir ki, ara transfer dövrünə sürətli başlayan “Fənərbağça” ilk olaraq PSV-nin yarımmüdafiəçisi Coey Veermanla razılıq əldə edib. Rəhbərlik indi əsas diqqəti hücum xəttinə yönəldib.

Klubun prezidenti Sadəttin Saran Aleksandr Sörlotu sarı-lacivərdli formaya geyindirməkdə qərarlıdır. Devin Özek futbolçunun meneceri ilə əlaqə saxlayıb, danışıqlar başlayıb. Lakin Sörlotun maliyyə tələbi klub rəhbərliyini təəccübləndirib.

Norveçli forvard illik 12 milyon avro maaşla 4 illik müqavilə istəyib. Bu məbləğ “Fənərbağça” üçün yüksək hesab olunur. Bundan əlavə, futbolçunun hazırkı klubu “Atletiko Madrid”ə də transfer haqqı ödənilməlidir.

İspaniya klubunun da danışıqlara yüksək məbləğlə başlayacağı gözlənilir. Buna baxmayaraq, “Fənərbağça” geri çəkilmir. Rəhbərlik sərt danışıqlarla Sörlotun maaş gözləntisini aşağı salmağa çalışacaq. Sadəttin Saranın bu transfer üçün ciddi fədakarlıqlara hazır olduğu bildirilir.

“Fənərbağça”nın Superkubokda finala yüksələcəyi təqdirdə, 10 yanvar 2026-cı il tarixində keçiriləcək oyunda Anderson Taliska da forma geyinməyəcək. “Beşiktaş” derbisi öncəsi sarı-lacivərdlilərdə itkilərin sayı xeyli çoxdur.

Zədəli Nelson Semedo, Arçi Braun və Edson Alvares, Afrika Millətlər Kubokunda olan Dorgeles Nene və En-Nesyri, cəzalı Fred, eləcə də Noel ərəfəsi səbəbilə ölkələrində olan Ederson və Con Duran derbidə iştirak etməyəcək.

Bundan başqa, heyətdən kənarlaşdırılan Bekao, Cenk Tosun, İrfan Can Kahveci və mərc istintaqı çərçivəsində həbsdə olan Mert Hakan Yandaş da komandalarını tək buraxacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki