“Fənərbağça” onunla müqavilənin müddətini uzatdı

Türkiyənin “Fənərbağça” komandası futbolçusu Anderson Talişka ilə yeni müqavilə imzalayıb.

Referans Media klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçunun sözləşməsinin müddəti 2028-ci ilin yayınadək uzadılıb.

Qeyd edək ki, Anderson Talişka 2025-ci ilin yanvar ayından “Fənərbağça”da çıxış edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki