"Fənərbaxça"da bomba plan: Farioli və Qrinvud GƏLİR

"Fənərbaxça"da prezidentliyə namizəd olan Hakan Safinin planları futbol gündəmini dəyişdirib. İddialara görə, Safi komandanın baş məşqçi postu üçün Françesko Fariolini nəzərdən keçirir.

Referans Media xəbər verir ki, Hakan Safi seçki kampaniyası çərçivəsində texniki heyətlə bağlı planlarını formalaşdırmağa başlayıb. İtalyan mütəxəssisin Türkiyə futbolunu yaxşı tanıması və daha əvvəl ölkədə çalışması onun namizədliyini gücləndirən əsas amillərdən biri kimi göstərilir.

Eyni zamanda iddialara görə Safinin transfer siyahısında ilk böyük hədəf Meyson Qrinvud olub. Hazırda "Olimpik Marsel" formasını geyinən futbolçunun bu mövsüm 45 oyunda 26 qol və 11 asistlə çıxış etdiyi bildirilir.

Məlumata əsasən, Hakan Safi seçkini qazanacağı halda həm Farioli, həm də Qrinvud üçün rəsmi addımlar atmağı planlaşdırır. Bu iddialar "Fənərbaxça" camiəsində böyük maraq və müzakirələrə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki