Fənərbaxça UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Qornik Zabrze ilə keçirəcəyi oyun öncəsi UEFA-ya təqdim etdiyi iştirak ərizəsində dəyişiklik edib.
Referans Media xəbər verir ki, İstanbul təmsilçisi Meyson Qrinvud və Natan Akeni heyətə daxil edib.
Bununla yanaşı, Cengiz Ünder və Oqnyen Mimoviç UEFA siyahısından çıxarılıb.
Fənərbaxçanın Qornik Zabrze ilə qarşılaşma üçün UEFA-ya təqdim etdiyi yenilənmiş heyət belədir:
Qapıçılar: Ederson, Mert Günok, Tarık Çətin.
Müdafiəçilər: Natan Ake, Çağlar Söyüncü, Mert Müldür, Nelson Semedo, Jayden Oosterwolde, Milan Şkrinyar, Yiğit Efe Dəmir, Archie Brown.
Yarımmüdafiəçilər: Bartuğ Elmaz, Fred, Matteo Guendouzi, İrfan Can Kahveci, İsmail Yüksek, Levent Mercan, Oğuz Aydın.
Hücumçular: Anderson Talisca, Marko Asensio, Sidiki Cherif, Meyson Qrinvud, Kerem Aktürkoğlu, Anthony Musaba.
