"Fənərbaxça"dan transfer bombası: Onuaçu iddiası gündəmi silkələdi

"Fənərbaxça" klubunun Paul Onuaçu transferi üçün Trabzonspor ilə əlaqə saxladığı iddia olunub. Transferin futbol ictimaiyyətində böyük rezonans doğurduğu bildirilir.

Referans Media xəbər verir ki, sarı-lacivərdlilər Onuaçu üçün həm futbolçu dəyişimi, həm də əlavə ödənişin yer aldığı bir təklif paketi hazırlayıb.

İddialara görə, "Fənərbaxça" təklifində İsmail Yüksek və Oğuz Aydın ilə yanaşı təxminən 10 milyon avro məbləğində əlavə ödəniş də yer alır.

Məlumata əsasən, "Trabzonspor" tərəfinin bu təklifə müsbət yanaşdığı və danışıqların davam etdiyi bildirilir.

"Fənərbaxça" rəhbərliyinin Onuaçunu hücum xəttinin əsas planı kimi gördüyü, futbolçunun fiziki gücü və Süper Liqa təcrübəsinə görə prioritet siyahıya salındığı qeyd olunur.

Qeyd edək ki, "Trabzonspor" Onuaçunu 2025-ci ildə İngiltərənin "Sauthempton" klubundan transfer etmişdi.

Digər tərəfdən, "Fənərbaxça"nın alternativ kimi Robert Levandovski variantını da nəzərdən keçirdiyi iddia olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki