İspaniyanın nəhəng futbol klubu "Real Madrid" baş məşqçi Álvaro Arbeloa ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Referans Media xəbər verir ki, klubun yaydığı məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son veriblər.
43 yaşlı mütəxəssis 2025-2026 mövsümündə komandanın sükanı arxasına keçmişdi. O, Xabi Alonsodan sonra komandaya rəhbərlik edib.
Arbeloanın rəhbərliyi altında Madrid təmsilçisi bütün turnirlərdə keçirdiyi 28 oyunda 18 qələbə, 2 heç-heçə, 8 məğlubiyyət qazanıb.
Məlumata görə, klub prezidenti Florentino Pérez yeni baş məşqçi məsələsində qərarını artıq verib.
Daha əvvəl "Real Madrid"də çalışmış təcrübəli portuqaliyalı mütəxəssis Joze Mourinyo yenidən komandanın başına keçəcək.
Joze Mourinyonun yaxın günlərdə rəsmi təqdimatının keçirilməsi gözlənilir.
Joze Mourinyonun geri dönüşü futbol ictimaiyyətində böyük rezonans doğurub. Təcrübəli çalışdırıcı daha əvvəl Real Madriddə işlədiyi dövrdə komandanı bir sıra titullara daşıyıb və klub tarixinin ən yaddaqalan məşqçilərindən biri hesab olunur.
