Fransada yuxarı sinif şagirdlərinin keçirdiyi etiraz aksiyalarında 600 nəfər saxlanılıb.
Referans Media xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, nümayişlər ölkə üzrə 564 təhsil müəssisəsinin qarşısında keçirilir və məktəblərin fəaliyyətinə mane olur.
Etirazlar ötən həftə İl-de-Frans regionunda başlayıb və hazırda Fransanın bütün ərazisinə yayılıb. Şagirdlər dərs cədvəllərinin həddən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.//Publika.az
