Ölkədə vəziyyət qarışsa, səfirliklər belə təxliyə olunacaq – Şok plan

Qərb ölkələri Ukraynada təhlükəsizlik vəziyyətinin daha da pisləşəcəyi təqdirdə Kiyevdəki səfirliklərini köçürmək üçün ehtiyat planlar hazırlayıb.

Referans Media xəbər verir ki, bu barədə “The Guardian” qəzeti iki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, vəziyyətin kəskinləşməsi halında bəzi diplomatik nümayəndəliklərin Ukraynanın Lvov şəhərinə və ya Polşanın şərq bölgələrinə köçürülməsi nəzərdən keçirilir.

Adının açıqlanmasını istəməyən diplomatlardan biri vəziyyətin sürətlə pisləşdiyini bildirib.

Kiyev meri Vitali Kliçko da şəhərdə vəziyyətin “çox gərgin” olduğunu deyib. Onun sözlərinə görə, Kiyevdə artıq normal, dinc dövrdəki həyat tərzinin davam etdiyini söyləmək mümkün deyil./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki