Yunanıstan-Azərbaycan Biznes Forumu çərçivəsində “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi ilə Yunanıstan Pərakəndəçilər Assosiasiyası (SELPE) arasında Anlaşma Memorandumu imzalanıb.
Referans Media xəbər verir ki, memorandum iki ölkənin pərakəndə sektorları arasında əlaqələrin inkişafı üçün institusional əsas yaradır və Birliyin beynəlxalq əməkdaşlığının genişlənməsində mühüm addımdır.
TŞİİB bu tərəfdaşlıq vasitəsilə qarşılıqlı təcrübə mübadiləsini genişləndirməyi, pərakəndə sektorunun ortaq məsələləri üzrə dialoqu gücləndirməyi və hər iki təşkilatın üzv şirkətləri arasında yeni işgüzar əlaqələrin qurulmasına dəstək olmağı hədəfləyir./Musavat.com







