Gənc qızın həyatı bir mesajla məhv oldu: 700 minlik dələduzluğun qurbanı oldu, amma o həbsə göndərildi

Türkiyənin Adana şəhərində yaşanan hadisə böyük rezonans doğurub. 17 yaşlı Sema Nur Tursun, iddialara görə dostunun xahişi ilə bank hesabı və IBAN məlumatlarını istifadə etməsinə icazə verib. Lakin həmin hesablar vasitəsilə 700 min lirəlik dələduzluq əməliyyatları həyata keçirilib.

Referans Media xəbər verir ki, Nəticədə, hesabın qanuni sahibi olduğu üçün gənc qız cinayət işində əsas şübhəli kimi tanınıb və məhkəmə tərəfindən 7 il həbs cəzasına məhkum edilib.

Ailə isə qızın aldadıldığını və hadisənin qurbanı olduğunu iddia edir. Anası Cemile Tursun göz yaşları içində açıqlama verərək qızının hələ 17 yaşında olduğunu və bank əməliyyatları barədə heç bir məlumatı olmadığını bildirib.

Onun sözlərinə görə, əsl dələduzların sərbəst qalması böyük ədalətsizlikdir və ailə vəziyyətin yenidən araşdırılmasını istəyir.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və “IBAN hesabı vermək” riskləri yenidən gündəmə gəlib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki