Müğənni Şəbnəm Tovuzlunun qızı Günel xaricdə təhsil almağa hazırlaşır.
Referans Media bildirir ki, bu barədə prodüser Tarix Əliyev məlumat verib.
Onun sözlərinə görə, Günel ABŞ-də yerləşən universitetlərdən birinə qəbul olub. Lakin o, ABŞ-yə yola düşməzdən əvvəl Fransada kurs keçəcək.
Belə ki, Günelin əvvəlcə Fransaya gedəcəyi, yanvar ayından etibarən isə ABŞ-də təhsilini davam etdirmək üçün bu ölkəyə yollanacağı bildirilib.
