Türkiyəli məşhur aktrisa Serenay Sarıkaya restoranda ona təqdim edilən maraqlı qeydlə gündəmə gəlib. Restoran əməkdaşları aktrisaya bəzi qonaqların onunla tanış olmaq istədiyini bildirən mesaj çatdırıblar.
Referans Media xəbər verir ki, Serenay Sarıkaya həmin qeydin fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
“Qonaqlarımız getməzdən əvvəl sizinlə tanış olmaq istəyirlər”
Restoran əməkdaşlarının aktrisaya təqdim etdiyi qeyddə bu sözlər yazılıb: “Qonaqlarımız getməzdən əvvəl sizinlə tanış olmaq istəyirlər…”
Aktrisa qeydin fotosunu paylaşsa da, onunla tanış olmaq istəyən şəxslərin kimliyi və Sarıkayanın bu təklifə necə cavab verdiyi barədə məlumat verməyib.
Hadisə sosial şəbəkələrdə maraq doğurub.
