Türkiyəli müğənni Güllünün oğlu Tuğberk Yağız Gülter anasının ölümündən sonra yaşadığı ağır günlərdən danışıb. O, əsas məqsədinin anasına kimsənin zərər verib-vermədiyini öyrənmək olduğunu bildirib.
Referans Media xəbər verir ki, Gülter yaşadığı daxili mübarizənin ağırlığını yalnız özünün və Allahın bildiyini deyərək, bu prosesdə insanların onu mühakimə etmək əvəzinə anlayış göstərmələrini istəyib.
“İçimdə verdiyim mübarizənin dağıdıcı təsirini və böyüklüyünü yalnız mən və Allah bilə bilərik. Heç kim məni tam anlaya bilməz, heç kim özünü mənim yerimə qoya bilməz. Mənim yeganə məqsədim anama kiminsə zərər verib-vermədiyini öyrənməkdir. Mən günahsız birini həbsə atıb ömrünü dəmir barmaqlar arxasında keçirməsi üçün çalışan insan deyiləm”, – deyə o bildirib.
Güllünün oğlu ona mesaj yazan insanlara təşəkkür edib və hər bir mesajı oxuduğunu qeyd edib. Bununla yanaşı, fikirlərinə qoşulmadığı və ya səssiz qaldığı üçün insanların onu mühakimə etməməsini xahiş edib.
Gülter ictimaiyyətə müraciətində insanları özünü onun yerinə qoymağa və yaşadığı ağrını anlamağa çalışmağa çağırıb.
O, anasının ölümü ilə bağlı həqiqəti öyrənmək istədiyini, lakin günahsız birinin cəzalandırılmasını arzulamadığını vurğulayıb.
