Çinin Hunan əyalətində inanılmaz hadisə baş verib. Xuayxua ştatında 30 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edib və onun mədəsində canlı ilan balığı tapılıb.
Referans NTV-yə istinadən xəbər verir ki, hadisə tibb işçilərini heyrətləndirib.
Hunan Tibb Universitetində aparılan KT müayinəsi zamanı məlum olub ki, yad cisim adamın mədəsindən qarın boşluğuna sızıb. Həkimlər ölüm riskini nəzərə alaraq kişini təcili əməliyyat ediblər.
Həkimlər əməliyyat zamanı kişinin bağırsaq divarına və qarın boşluğuna nüfuz etmiş diri ilan balığı tapıblar. Balıq onun daxili orqanları arasında üzürmüş.
Bildirilir ki, cərrahlar balığı “tutublar”. Sonra yoğun bağırsağın zədələnmiş hissəsi tikilib və infeksiya riskinə qarşı tədbirlər görülüb.
Əməliyyatdan sonra xəstə evə buraxılıb, lakin ilan balığının taleyi ilə bağlı məlumat yoxdur./publika.az