“Qalatasaray”ın “Göztepe” üzərində 3-1 hesablı qələbəsindən sonra keçmiş futbolçu Hasan Şaş ulduz hücumçu Mauro ikardi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Referans Media xəbər verir ki, Hasan Şaş bildirib ki, İkardinin gələcəyi və müqavilə məsələsi performansla birbaşa bağlı ola bilərdi. Onun sözlərinə görə, əgər futbolçu ötən həftə “Trabzonspor” – “Qalatasaray” matçında 2 qol vurmuş olsaydı, klub onunla yeni müqavilə imzalamağa daha yaxın olardı.
Keçmiş futbolçu qeyd edib ki, hazırkı vəziyyətdə müqavilənin qeyri-müəyyənliyi futbolçunun motivasiyasına təsir edir və bu, həm oyunçunun performansında, həm də klubun qərarlarında özünü göstərir.
Hasan Şaş həmçinin İkardinin zaman-zaman aldığı istirahət və komanda daxilindəki idarəetmə proseslərinə də toxunaraq, bu faktorların ümumi balansı dəyişdirdiyini bildirib.
Hazırda “Qalatasaray” rəhbərliyinin İkardi ilə bağlı qərarı gözlənilir və mövsümün sonuna yaxın bu məsələnin daha da aktuallaşacağı bildirilir.
