İki avtomobil toqquşdu: 7 yaşlı uşaq ağır xəsarət aldı

Astarada iki avtomobilin toqquşması nəticəsində 7 yaşlı qız ağır xəsarət alıb.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdən birində olan Astara rayonunun Kijəbə qəsəbə sakini, 2019-cu il təvəllüdlü N.Əlizadə xəsarət alıb.

Yaralı uşaq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozu qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki