UEFA ötən gün baş tutan “Beşiktaş” – “Hapoel Beer-Şeva” oyunu ilə bağlı araşdırma başladıb.
Referans Media xəbər verir ki, bu barədə qurumdan məlumat yayılıb.
“UEFA turnirləri hörmət, “fair-play”, dürüstlük və təhlükəsizlik prinsiplərinə əsaslanır. Sözügedən qarşılaşmada baş verən hadisələr əsas prinsiplərə və UEFA-nın nizamnaməsində yer alan futbol qarşılaşmalarının sülh, qarşılıqlı hörmət və ədalətli mübarizə ruhu çərçivəsində keçirilməsi hədəfinə ziddir”, – deyə qurumdan bildirilib./Globalinfo.az
