Ərdoğandan “Məkkə paktı” ilə bağlı fərman

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış birgə müdafiə sazişini – “Məkkə paktı”nı təsdiqləyən fərman imzalayıb.

Referans Media xəbər verir ki, avqust ayında imzalanan və noyabrın 5-də Türkiyə parlamenti tərəfindən təsdiqlənən razılaşmaya əsasən, iştirakçı ölkələrdən biri silahlı hücuma məruz qalarsa, digər tərəflər ona yardım göstərməlidir.

Sazişin ratifikasiyası Türkiyəyə Səudiyyə Ərəbistanına mümkün hərbi yardım göstərmək üçün hüquqi zəmin yaradır. Daha öncə Türkiyənin hakim partiyasının nümayəndəsi ölkə hərbçilərinin Səudiyyə Ərəbistanına göndərilməsi üçün parlamentə ayrıca mandat verilməsi ilə bağlı müraciət edildiyini bildirmişdi./Publika.az

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki