Rusiyada vergidən yayınan sahibkarlar dövlətə borclarını ödədikdən sonra belə çirkli pulların yuyulmasına görə cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Referans Media xarici mediaya istinadla xəbər verir ki, müvafiq izahatlar Rusiya Ali Məhkəməsinin 24 noyabrda keçirilən plenar iclasında qəbul edilib.
Yeni izahatlara əsasən, sahibkarların və ya şirkətlərin cinayət yolu ilə vergidən yayınma nəticəsində saxladıqları pullar çirkli pulların yuyulmasına görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Pulun əvvəlcə qanuni yolla qazanılıb-qazanılmamasının əhəmiyyəti yoxdur.
“Forbes”in məlumatına görə, Ali Məhkəmə Rusiya Konstitusiya Məhkəməsinin 1996-cı il qərarına istinad edib.
Beləliklə, vergi borclarının ödənilməsi, qanunla müəyyən edilmiş şərtlər yerinə yetirildikdə, sahibkarı vergi cinayətinə görə cinayət məsuliyyətindən azad edə bilər, lakin bu, çirkli pulların yuyulmasına görə məsuliyyətdən azad olmağı təmin etmir.
Lakin təkcə vergiləri ödəməmək sahibkarı avtomatik olaraq çirkli pulların yuyulmasında məhkum etmir. İstintaq bu cinayətin elementlərini ayrıca sübut etməlidir./Müsavat.com
