Bu ərazilərdə işıq kəsiləcək

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda noyabrın 28-də elektrik enerjisinin verilişində fasilə olacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Referans Media-ya verilən məlumata görə, sabah 110/35 kV-luq Xalxal yarımstansiyasından çıxan 35 kV-luq Şahbuz hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki