İngiltərə millisinin sabiq futbolçusu, ikiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan 76 yaşında vəfat edib.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, o, iyunun 1-də dördüncü mərhələ xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı.
Kiqan 1978 və 1979-cu illərdə "Qızıl top" mükafatına layiq görülüb. O, bu mükafatı 2 dəfə qazanan yeganə ingilis futbolçu kimi tarixə düşüb.
Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Kiqan "Nyukasl", "Fulhem" və "Mançester Siti" klublarını, İngiltərə milli komandasını çalışdırıb./Publika.az
