image-da0fa8e9-0858-3566-85ae-bfe2b8a14e10_850backend

İlham Əliyev bu zavodun açılışında iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Nobel Food İndustry” MMC-nin müxtəlif növ və çeşiddə qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib.

“Referans” xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Əhməd Gözəl müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdilər.

“Azərsun Holdinq”ə məxsus “Qafqaz” konserv zavodu və “Shervan” MMC-nin həmtəsisçiliyi ilə istismara verilən bu müəssisədə müxtəlif növ və çeşiddə qəlyanaltı məhsulları – popkorn, çərəz və quru meyvə istehsal olunacaq. Məhsulların yerli istehlakçılara təqdim edilməsi ilə bərabər, müxtəlif ölkələrə ixracı da nəzərdə tutulur. İllik istehsal həcmi 9600 ton olan zavodda dünyanın aparıcı ölkələrinin müasir avadanlıqları quraşdırılıb. İstehsalatda istifadə ediləcək günəbaxan, badam, fındıq kimi məhsullar yerli xammal hesabına təmin olunacaq. Ümumi sahəsi 7 hektardan çox olan müəssisədə 210 nəfər daimi işlə təmin ediləcək. Zavodun ümumi investisiya dəyəri 38 milyon manat təşkil edir ki, bunun da 5 milyon manatı Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən ayrılmış güzəştli kreditdir.

Qeyd edək ki, Azərbaycanda istehsal, o cümlədən emal müəssisələrinin qurulması, onların fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi, rəqabətədavamlı məhsulun istehsalı və çeşidinin genişləndirilməsi ümumilikdə ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Yerli xammal əsasında istehsalın genişləndirilməsi isə daxili bazarın sabit saxlanılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına da xidmət edir, ixrac potensialını daha da artırır. Bütün bunlar “Made in Azerbaijan” brendi ilə məhsulların xarici bazarlara çıxarılması məsələsində olduqca mühüm əhəmiyyət kəsb edir. Bu yeni zavodun yaradılması ölkəmizdə sahibkarlığın təşviqi, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir.

image-e212ffbe-f261-3df7-8782-c6dd5227541b image-7fe01343-c997-3653-b198-d2269d137e20 image-12047ca7-e6dc-3e06-ad9b-2eb87751a94e image-cd0b01ab-eef3-3c1e-a7e4-7656859dd281 image-edd36f3e-1e50-30df-8f89-416488ac4d64 image-f3edeb84-aa63-3bec-a9f8-d4126fd358ad image-586f3b74-f02b-30d9-9c77-90821cb43fb0 image-a2853e3e-f54a-3339-a677-9b5c878639d7 image-37dd2343-4209-34a2-9dab-4bce1ec2fbaf image-c372727b-3800-397c-89c3-983862e2601d image-d3f67800-304e-3107-a8dd-c4a38060ba07 image-ca81dd27-99f0-32c7-a6df-c6c6d325db07 image-f08733cb-2a00-3eca-8bb3-d8dacff1b0cd image-b659dd7f-3de2-3baa-9798-5254850fd2a9 image-b0fc292e-dc5c-37f1-861c-b2b6236d616f image-fc3ed45b-000d-3786-a754-467afa5a11a7 image-5b61e3d6-043e-3bd1-b3d6-f7923b7c3b15 image-6a008645-5871-36de-9e5c-56301d160104 image-25597566-6a77-32a1-bbcb-99c50b00bb2f image-20c02c6a-44c6-36cc-9e9a-391e5c2c02c6 image-0820af5b-1219-3b5f-9c0d-909174c9c613


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki