Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “İmişli” ilə bağlı qeyri-müəyyənliyə aydınlıq gəlməkdədir.
Referans.az-ın əldə etdiyi məlumata görə, Aran təmsilçisinin növbəti mövsüm ev oyunlarını keçirəcəyi stadion artıq bəllidir.
Premyer Liqanın debütantı rəqiblərini Ağsuda qəbul edəcək. Bununla bağlı artıq arenada hazırlıq işlərinə start verilib.
Xatırladaq ki, “İmişli” Birinci Liqanı 2-ci pillədə başa vurub və gümüş mükafatçı kimi Premyer Liqaya vəsiqə qazanıb. Çempion “Qəbələ” və bürünc mükafatçı “Karvan” da növbəti mövsüm elitada çıxış edəcək