İranda yanacaq daşıyan maşın partladı: Ölənlər var

İranın qərbində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanacaq daşıyan yük avtomobili (benzovoz) partlayıb, 10 nəfər həyatını itirib. 

Referans Media İRİB-ə istinadla xəbər verir ki, bu barədə Kürdüstan əyalətinin Tibb Elmləri Universitetinin Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Babək Hedayi məlumat verib.

Dəhşətli qəza Sənəndəc-Həmədan magistral yolunda qeydə alınıb. Hadisə yerinə dərhal operativ xidmətlərin əməkdaşları və yanğınsöndürənlər cəlb olunub. 

Fəlakətin başvermə səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki