İrandan Dünya Kuboku öncəsi FIFA-ya sərt xəbərdarlıq

İranın idman naziriƏhməd Donyamalinin Dünya Kuboku öncəsi FIFA-ya göndərildiyi iddia edilən mesaj beynəlxalq idman ictimaiyyətində müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, İran tərəfi milli komandanın oyunları zamanı hökumət əleyhinə aksiyalara, siyasi şüarlara və ya rəsmi olmayan simvolların nümayişinə qarşı sərt mövqe nümayiş etdirəcəyini bildirib.

Xəbərlərdə İran rəsmisinin FIFA-ya ünvanlanan xəbərdarlığında tribunlarda müxalif qrupların istifadə etdiyi simvolların nümayiş etdirilməsi və ya milli komanda əleyhinə şüarların səsləndirilməsi halında texniki heyətin oyunun dayandırılmasını tələb edə biləcəyi qeyd olunur.

Lakin bu məsələ ilə bağlı FIFA tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Məlumatlara əsasən, İran Futbol Federasiyası azarkeşlər üçün ayrılmış bəzi bilet kvotalarının ləğv edildiyini açıqlayıb. Bunun minlərlə iranlı azarkeşin Dünya Kuboku planlarına təsir göstərə biləcəyi bildirilir.

Bundan əlavə, İran millisinin ABŞ-yə giriş prosedurları ilə bağlı müəyyən məhdudiyyətlərlə üzləşdiyi də iddia olunur.

İran milli futbol komandası Dünya Kubokunun qrup mərhələsində Yeni Zelandiya milli futbol komandası, Belçika milli futbol komandası və Misir milli futbol komandası ilə qarşılaşmalıdır.

Turnuva başlamazdan əvvəl yaranan siyasi və təşkilati müzakirələrin İran millisinin çıxışına necə təsir göstərəcəyi maraqla gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki