İsrail bu telekanalı vurdu – Ölənlər var

  İsrailin Qəzza zolağına endirdiyi aviazərbə nəticəsində Almaniyanın ZDF telekanalında çalışan “Palestine Media Production”un (PMP) əməkdaşı həlak olub.

Bu barədə kanalın saytında məlumat verilib.

“Qəzza zolağının cənubundakı Deyr əl-Bələh şəhərində yerləşən və ZDF telekanalı ilə sıx əməkdaşlıq edən “Palestine Media Production” (PMP) şirkətinin ofisinə raket düşüb. Zərbə zamanı iki nəfər həlak olub”, – deyə telekanal bildirib.

Bunlar şirkət mühəndisi və başqa bir işçinin səkkiz yaşlı oğludur. Bir jurnalist isə yaralanıb.//globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki