İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində keçmiş futbolçu Ümit Karan haqqında iddianamə hazırlanıb.
Referans Media xəbər verir ki, iddianamədə Ümit Karan barəsində “narkotik maddə ticarəti” ittihamı ilə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunur.
Məlumata görə, istintaq çərçivəsində 16 yanvar 2026-cı ildə keçirilən əməliyyatda Ümit Karan da daxil olmaqla 13 şübhəli saxlanılaraq həbs edilib.
İstintaq materiallarında şahid ifadələrinə də yer verilib. Şahid Şule Naz Öztürk Ümit Karanın ona kokain verdiyini iddia edib. Digər bir şahid Elif Özdemir isə Karanın müxtəlif yerlərdə narkotik istifadə etdiyini və maddəni başqalarına verdiyini bildirib.
Ümit Karan isə ittihamları rədd edərək, heç kimə narkotik maddə vermədiyini və iddiaların əsassız olduğunu bildirib.
Hazırda iş üzrə məhkəmə prosesi davam edir.
