image-kifayet45backend

Kifayət Mustafayeva UEFA-dan TƏYİNAT ALDI

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Referans Media  milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Yuventus” (İtaliya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda təşkil olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki