“Kızılcık şerbeti”nin baş rol ifaçısı saxlanıldı

İstanbulda narkotik istintaqı çərçivəsində saxlanılan məşhurlar arasında “Kızılcık Şerbeti” serialında Nilay obrazını canlandıran Feyza Civelek də yer alıb. Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı istintaq çərçivəsində 25 şübhəliyə qarşı əməliyyat həyata keçirilib, 14 nəfərin həbs edildiyi bildirilib.

İstanbul Vilayət Jandarma Komandanlığı tərəfindən eyni vaxtda keçirilən əməliyyatlar Şou dünyasında böyük rezonans doğurub. Həbs edilənlər arasında bir çox tanınmış simanın adı hallanıb.

Feyza Civelekin həbs edilməsi “Kızılcık Şerbeti” serialının gələcəyi ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə və şou-biznes aləmində, aktrisanın serialdan ayrılıb-ayrılmayacağı ilə bağlı fərqli iddialar səsləndirilir.

Xüsusilə əvvəlki aylarda eyni istintaq çərçivəsində adı keçən Doğukan Güngörün serialdan çıxarılması xatırladılıb. Bu hadisə sonrası “Feyza Civelek də eyni aqibəti yaşayacaqmı?” sualı gündəmə gəlib.

Hazırda nə aktrisa, nə də serialın istehsalçı şirkəti tərəfindən mövzu ilə bağlı rəsmi açıqlama verilməyib. İstintaq prosesi isə davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki